“Yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub”

yaralilardan-4-u-usaqdir-2-yasli-qiz-da-helak-olub
Oxunma sayı: 2436

Bərdəyə atılan raket nəticəsində 14 nəfər yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onlar 9, 14, 15 yaş civarındadırlar. Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub.