“Yaralılar”ın Münhen savaşı

yaralilarin-munhen-savasi
Oxunma sayı: 655

“Qafqazinfo”nun verdiyi xəbərə görə, final görüşündə “Bavariya” ilə “Çelsi” üz-üzə gələcək.
Qarşılaşma Münhendə - “Alyans Arena” stadionunda baş tutacaq ki, bu da “Bavariya”nın ən böyük üstünlüyüdür. Cari mövsüm evdə uğurlu çıxış edən almanlar 7 ev oyununun hamısında qalib gəlib. ÇL tarixində baş tutan alman-ingilis qarşıdurmalarında isə ingilislərin aşkar üstünlüyü var. Onlar indiyədək keçirilən 9 finalın 7-də qalib gəlib.
ÇL-də 8 dəfə finalda oynayan “Bavariya” bunların tən yarısında qalib gəlib. “Zadəganlar” isə yalnız bir dəfə həlledici matçda iştirak edib. 2008-ci ildə Moskvada baş tutan görüşdə London təmsilçisi “Mançester Yunayted”ə oyunsonrası penaltilər seriyasında məğlub olub. Beləliklə, “Çelsi”nin kuboka daha istəkli olması gözləniləndir.
Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. “Çelsi”də Terri, İvanoviç, Ramires və Raul Meyreleş, “Bavariya”da isə Alaba, Badştuber və Luiz Qustavo cəza səbəbindən matçı tribunadan izləyəcək.

Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Pedro Proensaya həmyerliləri Bertinu Miranda və Rikardo Santuş yardım edəcək.

Çempionlar Liqası
Final
19 may
23:45. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)
Münhen. “Alyans Arena” stadionu

Ceyhun Əhmədov