“Yaranacaq yeni partiyanın anonsunu verə bilərik”

yaranacaq-yeni-partiyanin-anonsunu-vere-bilerik
Oxunma sayı: 1714


“Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentliyə keçmiş namizəd, millət vəkili Zahid Oruc Publika.Az-a açıqlamasında deyib. Onun fikrincə, faktiki olaraq bir cəbhə altına toplaşmaq eyni ideyaları, siyasi dəyərləri bölüşmək anlamına gəlmir: “Vaxtilə qeyd edirdik ki, rusofillərlə qərbpərəstlərin, liberallarla mötədil radiklların, fundamentalistlərin ittifaqı necə mümkün ola bilər. Üstəlik nəinki şüur birliyi yox idi, həmçinin açıq şəkildə onlar real siyasi həyatı görmək imkanından da məhrum idilər. Mən müxalifətin vəziyyətinə baxanda açıq şəkildə bir sindrorumu müşahidə edirəm. Bu da zamandan geri qalmaq, ayağlaşa bilməmək, proseslərin həqiqi mənasında görməməkdir”. 

Z. Oruc hesab edir ki, yaxın zamanlarda Milli Şura adlı amorf təsisatın varlığına son qoyulacağını görəcəksiniz. Onun sözlərinə görə, əgər Milli Şura saxlanılacaqsa belə görünən tərkibdən olmayacaq. 

“Onsuz da səssiz istefalar həmin təşkilatı elə bir günə qoyub ki, 129 nəfərdən neçəsinin qaldığını soruşsanız, hökumətə alternativ yaratdıları qurumun nə yerdə olduğu ilə maraqlansanız, məxfi qrif adı altında bunu açıqlamayacaqlar. Sonralar da bəlli olacaq ki, yarısından çoxu çıxıb gedib. Bu mənada mən müxalif qüvvələr içərisində yeni təbəllülatlar və dəyişiklər olacağını gözləyirəm. Həm də bunun olmasını arzulayıram. Çünki siyasi sistem bir qütblü yaşaya bilməz. Cinah güclü olanda sistem daha fəal işləyir. Hakimiyyət də özünü müxtəlif problemlərdən kənarda tutmağa çalışır. Belə demək mümkündürsə, əsk əlaqə sistemi daha effektli işləyir. Ona görə də mən ikinci eşolunda dayananaların, xüsusilə də öz növbəsini gözləyənləin rəhbərliklərinə qarşı itaətsizliklər çağırışlarının dərinləşcəyini, yeni addımların olacağını gözləyirəm”-deyə millət vəkili qeyd edib. 

Z. Oruc konkret olaraq bildirib ki, əgər Müsavatda İsa Qəmbər bunu dərk etməyəcəksə, onun ətrafında qüvvələrin yeni partiyaya çevriləcəyinin anonsunu verə bilərik.