Yararsız məhsullar məhv edildi

yararsiz-mehsullar-mehv-edildi
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, monitorinqlər zamanı Nəsimi rayonunda "Altı qardaş" müəssisəsinə məxsus mağazada, "Nurlan market"də, Suraxanı rayonunda Elman Əsədova, Nəsimi rayonunda Tahir Məhərrəmova, Kifayət Tağıyevaya, Sumqayıt şəhərində Eldar Hacıyevə, Şəmkir rayonunda Rəfiqə Əliyevaya, Nurlan Nəbiyevə, Gəncə şəhərində Təvəkkül Allahverdiyevə, Nabil Qurbanova, Xaçmaz rayonunda Məzahir Mustafayevə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkarlanmış, 590 kiloqrama yaxın yararsız ərzaq malları məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.