YARAT-ın Venesiyadakı sərgisindən- - Video

yarat-in-venesiyadaki-sergisinden-
Oxunma sayı: 1040


“Qafqazinfo”nun məlumatına görə, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

“Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgi YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Qeyd edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.