“Yardımla bağlı sosial paket yaxın günlərdə elan olunacaq”

yardimla-bagli-sosial-paket-yaxin-gunlerde-elan-olunacaq
Oxunma sayı: 5498

“İnsanlara sosial yardım edilməsi ilə bağlı sənəd hələ qəbul edilməyib”. 

“Qafqazinfo”"nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. 

O deyib ki,  millət vəkilləri və ekspertlər tərəfindən hər ailəyə 250 manat sosial yardım edilməsi təklif olunub: “Burada yaşayış minimumu və digər məsələlər əsas götürülür. Amma hələ bununla bağlı son qərar qəbul olunmayıb. Sosial paket yaxın günlərdə elan olunacaq”.