Yardımlı sakini Sarayda qəzada öldü

yardimli-sakini-sarayda-qezada-oldu
Oxunma sayı: 2442

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 5-də saat 22 radələrində qeydə alınıb. 

Qəsəbə sakini E.Cavadovun idarə etdiyi “Lada Priora” və Yardımlı rayon sakini Firuddin Mirişovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Mirişov orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.