Yardımlıda meşə zolağı yanıb

yardimlida-mese-zolagi-yanib
Oxunma sayı: 968

Yardımlının Ostayır kəndi ərazisində 1 ha sahədə meşə zolağı, 5 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri, meşə təsərrüfatı işçiləri və kənd əhalisi tərəfindən söndürülüb.