Yardımlıda qəza oldu, 104 abonent qazsız qaldı

yardimlida-qeza-oldu-104-abonent-qazsiz-qaldi
Oxunma sayı: 1645

Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib. 

"Azəriqaz"dan "Qafqazinfo"ya verilən məlumata görə, təqribən 35 m uzunluğunda qaz borusunu qəzaya uğrayan "Niva" markalı maşın sürüyərək yararsız hala salıb. 

Təhlükəslik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.