Qubanın Qam-qam kəndində kənd sakini Azad Hüseynova məxsus 6 aylıq inək balası yarğana düşüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Quba Rayon Yanğından Mühafizə Xidmətinin Qəza Xilasetmə Dəstəsinin xüsusi briqadası gəlib.
1 baş 6 aylıq inək balası yarğandan kənd camaatının köməkliyi ilə çıxarılaraq, sahibinə təhvil verilib.


Son xəbərlər
Son Xəbərlər