Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Səfərova hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə F.Səfərova bəraət hökmü verilib və onun heç bir günahı olmadığı qənaətinə gəlinib. F.Səfərov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, F.Səfərov Ukraynadan avtomobil yağı və antifirist gətirib satmaq adı ilə 10-dan çox şəxsdən təxminən yarım milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib.
F.Səfərov məhkəmədə özünü təqsirli bilməyib və zərərçəkənmiş Elmar Səmədovla birgə biznes vurduğunu, sonra isə Elmarın “vorzakon” qohumu vasitəsilə ona tələ qurduğunu deyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər