Yarım milyona yaxın insan koronavirusdan sağalıb

yarim-milyona-yaxin-insan-koronavirusdan-sagalib
Oxunma sayı: 815

Dünya üzrə 485,303 insan koronavirusdan sağalıb.

“Qafqazinfo” “Worldometers.info”ya istinadən xəbər verir ki, koronavirusdan sağalanların sayına görə ölkələr arasında birinci yerdə Çin qərarlaşıb. Bu yaxınlarda ölkə üzrə epidemiyanı dayandırdığını elan edən Çində 77,816 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Sağalma sayına görə Çindən sonra ilk beşlikdə yer alan ölkələr: Almaniya (72,600), İspaniya (67,504), İran (48,129), ABŞ (38,820), İtaliya (37,130).

Qeyd edək ki, dünya üzrə koronavirusa 2,004,383 insan yoluxub, 126,811 nəfər xəstəlik səbəbindən həyatını itirib.