Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı müharibə səbəbindən evindən didərgin düşən suriyalılardan 471 min nəfərin 2017-ci ildə evlərinə geri qayıtdığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 440 mini Suriyanın müxtəlif bölgələrindən, 31 mini isə başqa ölkələrdən geri qayıdıblar.
Qaçqınların geri qayıtmasına səbəb İŞİD-ə vurulan ağır zərbələr və bir çox bölgənin, xüsusilə Hələb, Homs, Həma və Şamın terrorçulardan təmizlənməsidir.
Son xəbərlər
Son Xəbərlər