Türkiyənin Konya şəhərinin Cihanbəyli qəsəbəsində şizofren xəstəsi 27 yaşlı gənc 4 ayrı evdə 5 cinayət törədib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atılqan Kömür adlı şəxs səhər 06:00 radələrində tüfəngi götürərək öncə 80 yaşlı Bəkir Kıranın evinə gedərək onu öldürüb.
Şizofren xəstə daha sonra Mustafa Tokatın evinə gedib və onu da güllələyib.
.jpg)
Cinayətkarın növbəti hədəfi isə 79 yaşlı Məryəm Tokat və 51 yaşlı oğlu Həmid Tokat olub.
A.Kömür onları öldürdükdən sonra Mehmet Tokatın evinə gedib. Ailəsi və yaxınları ilə birlikdə balkonda oturan 64 yaşlı Mehmet Tokat silahlı şəxsə müdaxilə etmək istəsə də buna nail ola bilməyib. A.Kömür onu da vurub.
Cinayətkar son olaraq Mehmet Tokatın oğlu Harun Tokatı öldürmək üçün gedib. Bu zaman yaxınları ona telefonla zəng edib və çölə çıxmamağı tapşırıblar.

Son cinayətini edə bilməyən silahlı şizofren evinə qayıdıb. Bu əsnada jandarma onu evində tutub.
Atılqan Kömürün bir yaxını onun son zamanlarda cinayət romanları oxuduğunu və “kənddə 5 nəfərdən başqa hamını öldürəcəyəm” dediyini söyləyib.

Saxlanılan şəxs polisə qəribə ifadə verib:
“Onlar Amerikanın casusudurlar. Canları Cəhənnəmə olsun. Buna layiq idilər”.
Fərid Ədalət


Son xəbərlər
Son Xəbərlər