İmişli rayonunda yanğın hadisəsi baş verib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və altına yığılan 1 ton ot bağlamasının 500 kiloqramı yanıb.
Yüksək temperaturdan yaxınlıqdakı birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Talvarın, ot bağlamalarının qalan hissəsi və ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər