Yarımfinal cütləri necə olacaq? - Oyunlar nə zaman baş tutacaq?

yarimfinal-cutleri-nece-olacaq
Oxunma sayı: 2503

Dünya çempionatının yarımfinal mərhələsində hansı komandaların qarşılaşa biləcəyinə aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, ¼ finalda üz-üzə gələcək Uruqvay – Fransa cütünün qalibi ½ finalda Braziliya – Belçika cütünə rəqib olacaq.

Xorvatiya – Rusiya cütündən qalib ayrılan tərəf isə yarımfinalda İngiltərə - İsveç cütünün qalibi ilə üz-üzə gələcək.

Yarımfinal mərhələsi

10 iyul

22:00. Uruqvay – Fransa cütünün qalibi  - Braziliya – Belçika cütünün qalibi

11 iyul

22:00. Xorvatiya - Rusiya cütünün qalibi – İngiltərə - İsveç cütünün qalibi