Yarımfinal oyunlarının hakim təyinatları açıqlandı

yarimfinal-oyunlarinin-hakim-teyinatlari-aciqlandi
Oxunma sayı: 1037

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları üçün bütün təyinatlar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, sabah baş tutacaq “Sumqayıt” - “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək.

“Keşlə” - “Zirə” oyunu isə Kamal Umudluya tapşırılıb. 

Azərbaycan kuboku

Yarımfinal

21 aprel

“Keşlə” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Bakı. “ASK Arena”, 18:30.

“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Sumqayıt. “Kapital Bank Arena”, 20:30.