Avro-2024-ün yarımfinalında keçirilən İspaniya - Fransa matçının (2:1) ən yaxşı futbolçusu bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İspaniya millisinin hücumçusu Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb.
16 yaşlı futbolçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Son xəbərlər
Son Xəbərlər