“Yarımfinal parti deyil” - Zidan

yarimfinal-parti-deyil-
Oxunma sayı: 1344

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan bu gün Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti”yə qarşı keçirəcəkləri oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, fransalı mütəxəssis əvvəlcə Kərim Benzema və Kriştianu Ronaldonun zədələri haqqında məlumat verib.

O bildirib ki, hər iki futbolçu ingilislərə qarşı meydanda olacaq: “Ronaldoya “Rayo Valyekano” ilə oyunda istirahət verdik. Fikrimcə, həmin matçdan sonra o, özünə gəldi. Benzemanın zədəsi var idi. Amma o qədər də ciddi deyil. Bir sözlə BBC (Beyl, Benzema, Cristiano) meydanda olacaq”.

Zidan oyun haqqında isə bunları deyib: “Yarımfinal artıq çempionluğa gedən yolun ən yaxındadır. Biz burda başqa heç nə düşünə bilmərik. Səfərdə yalnız qələbə qazanmalıyıq. Çətin rəqibimizə qarşı hər şeyimizi meydanda qoyacağıq. Şanslar 50-50-yədir. Futbolçularım da dərk edir ki, yarımfinal parti deyil”.