“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ÇL-in 1/4 finalında “Liverpul”a 0:3 hesablı uduzduqları matçında ardından açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı böyük hesablı yenilgiyə baxmayaraq, əllərindən gələni edəcəkləri söyləyib: "Bu hesaba inana bilmirəm. Ancaq önümüzdə toparlanmaq üçün 6 gün var. Bunu bacaracağımıza inanıram".
Qvardiola mərhələ yüksəlməyə inancının az olduğunu deyib: "Kimsə inanmır ki, yarımfinala adlayaq. Biz artıq bunun əksini düşünməyə başlayacağıq. Mən komandama inanıram. Önümüzdə 90 dəqiqə var. Əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, cütün cavab görüşü aprelin 10-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər