Yarımfinalda “El Klassiko” olacaq

Yarımfinalda “El Klassiko” olacaq
Oxunma sayı: 267

“Qafqazinfo” xəbər verir ki, “Barselona” 4-2 hesabı ilə qələbə qazanıb. Bu qələbə ilə kral kubokunun yarımfinaında daha bir “Barselona” “Real” Madrid qarşılaşmasının şahidi olacağıq.

“Nou Kamp”da keçirilən ilk oyunda 2-2 hesablı heç – heçə qeydə alındığından “Malaqa”nın yarımfinal şansları daha çox qiymətləndirilirdi. Lakin oyunda elə ilk qolu katalon klubu vurub. 9-cu dəqiqədə Pedro Rodrigez hesabı açıb. Cəmi 3 dəqiqə sonra Xoakin hesaba tarazlıq gətirib. Birinci hissə 1-1 başa çatıb. Oyunun 49-cu dəqiqəsində isə Xerard Pike komandasını hesabda irəli çıxarıb. “Malaqa” cavabını 68-ci dəqiqədə verib. Roki Santa Kruz hesabı yenə bərabərləşdirib. Lakin sonradan İniyesta və Messinin vurduğu qollar “Malaqa”nın yarımfinal ümidlərini heçə endirib.

İqbal


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi