Yarış pilotu Ken Blok qəzada öldü

yaris-pilotu-ken-blok-qezada-oldu
Oxunma sayı: 2072

Amerikalı yarış pilotu Ken Blok qar maşını qəzasında ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Hoonigan Racing Division” yarış komandasının saytında məlumat verilib.

“Ken qabaqcıl və ikona idi. Ən əsası isə yaxşı ata və ər”, - sayt yazıb.

55 yaşlı Kenin ölümü ilə nəticələnən qəzanın təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Blok idman və skeytbord ayaqqabıları şirkəti olan “DC Shoes”un yaradıcılarından biri idi.