Şəhər sakinləri “Qafqazinfo”ya bildiriblər ki, artıq yarmarkalar üçün qurulmuş çadırlar da yığışdırılıb.
“Qafqazinfo” məsələ ilə əlaqədar Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlasa da, o məsələ ilə Bakı şəhər İcra Hakimiyyəti ilə dəqiqləşmə işləri apardığını vurğulayaraq suala konkret cavab verməyib.
Nərimanov rayon icra başçısının birinci müavini Şahmar İbadov isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Avropa Oyunları ilə əlaqədar açıq yerlərdə yarmarkaların dayandırılması ilə bağlı tapşırıq verilib: “Şəhərimiz günü-gündən gözəlləşir. Qərara alınıb ki, bu açıq bazarlar qapalı yerlərə köçürülsün. Nərimanov rayonunda yarmarka “Gənclik” metrosunun yanında idi. İndi isə köhnə yerinə, yəni Əliyar Əliyev küçəsinə köçürüləcək. Hazırda biz Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə birgə köhnə əraziyə baxış keçiririk. Bu bazarın hər tərəfi açıq deyil, qapalıdır. Avropa Oyunları bitəndən sonra isə bazar əvvəlki yerinə qaytarılacaq”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər