Yas keçirənlər polis bölməsinə gətirildi - Foto

yas-kecirenler-polis-bolmesine-getirildi
Oxunma sayı: 2374

Beyləqanda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi sə protokol tərtib edilərək cərimə olunublar.