Yas mərasimi yarımçıq dayandırıldı

yas-merasimi-yarimciq-dayandirildi
Oxunma sayı: 2021

Ağsunun Ağarx kəndi ərazisində yas mərasiminin təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, kənd sakini Əşrəf Vəliyevə məxsus evdə təşkil edilən yas mərasimi RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. 

Sanitar-karantin qaydaları həmin şəxslərin bir daha diqqətinə çatdırılıb və onlarla izahedici söhbətlər aparılıb. Mərasimi təşkil edənlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 

Onlardan biri, rayonun Elabad kənd sakini Süleyman Məmmədov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.