Yasa getdiyi üçün qohumunu bıçaqladı

yasa-getdiyi-ucun-qohumunu-bicaqladi
Oxunma sayı: 1419

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumun yasına getdiyi üçün qardaşını bıçaqlayan Qarakişi Babayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamila Nəsrullayevanın icraatında olandan prosesdə şahidlər ifadə verib.

Şahid Zaur Əliyev deyib ki, bıçaqlanmadan öncə qardaşların dava etməsi zamanı orada olub: “Qarakşi ilə yeyib-içirdik, həmin vaxt qardaşı Mirdamət gəldi. O, Qarakişiyə irad bildirdi ki, niyə qohumlarından birinin yasında iştirak edib. Buna görə aralarında mübahisə düşdü, sonra əlbəyaxa oldular. Mən onları sakitləşdirib, aralaşdılar. Ordan çıxıb evə getdim, axşam eşitdim ki, Qarakişi Mirdaməti bıçaqlayıb”.

Murad Əhməd