Fox TV-də yayımlanan “Yasak Elma” serialında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, ekran işinin baş qəhrəmanlarından olan Talat Bulut gənc xanım əməkdaşa təcavüz etmək istəyib.
Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Mövzu ilə bağlı serialı ərsəyə gətirən prodakşının rəhbəri Fatih Aksoy açıqlama verib:
“Bu gün gənc əməkdaşımızla görüşdük. Talat Bulutla da danışacağıq. Ağır ittihamlar səsləndirilir. Bu səbəbdən səhv bir addım atmaq istəmirəm və onları qaralamaq niyyətim də yoxdur. Üzərimə düşən vəzifəni yerinə yetirəcəm”.

Son xəbərlər
Son Xəbərlər