Türkiyənin məşhur aktrisası Eda Ece nişanlanıb.
“Qafqazinfo” xəbər verir ki, hazırda “Yasak elma” serialında baş rollardan biri olan Yıldızı canlandıran 32 yaşlı aktrisa basketbolçu sevgilisi, 30 yaşlı Buğrahan Tuncer ilə evlilik yolunda ilk addımı atıb.
Ailə arasında keçirilən məclisdən görüntüləri Eda Ece öz instaqram səhifəsində paylaşıb. İzləyiciləri şərhlərdə ona təbrik ismarıcları yazıblar.
Qeyd edək ki, 5 ildir birlikdə olan cütlüyün toyu iyunun 20-si olacaq.





Son xəbərlər
Son Xəbərlər