Yasamal İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib - Foto

yasamal-icra-hakimiyyetinde-cernobil-elilleri-ile-gorus-kecirilib
Oxunma sayı: 1272

Çernobıl qəzasının 35-ci ildönümü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətində Çernobıl əlilləri və onların qazi övladları ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xatırladıb ki, 1986-cı ildə Çernobıl AES-dəki faciə qurbanlarına yardıma tələsən minlərlər azərbaycanlı xilasedici ağır radiasiyaya məruz qalıb. Yüksək şüalanmaya məruz qalan bu insanlar sonradan müxtəlif xəstəliklərə tutulublar:

"Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı, pensiya və müavinətlər təyin olundu".

Elşad Həsənov bildirib ki,Yasamal rayonundan Çernobıl qəzasının aradan qaldırılmasında 150-dən çox nəfər iştirak edib: "Bu gün Çernobıl əlilləri dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunur.Bu günlərdə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Çernobıl əlillərinə mənzillər verilib. Bu addım Çernobıl əlillərinə diqqət və qayğının ən gözəl nümunəsidir".