Yasamal İH-nin binasında biodezinfeksiya keçidi quraşdırıldı - Fotolar

Yasamal İH-nin binasında biodezinfeksiya keçidi quraşdırıldı
Oxunma sayı: 1266

Koronavirus pandemiyası şəraitində vətəndaşların səhhətini effektiv şəkildə qorumaq üçün Yasamal Rayon İcra Hakimiyyətinin girişində xüsusi biodezinfeksiya keçidi quraşdırılıb. “Qafqazinfo” xəbər verir ki, icra hakimiyyətinin binasına daxil olan hər kəs bu keçiddən keçərək temperaturu barədə məlumat alır, həmçinin mikrodamçılı ultrabənövşəyi şüa ilə dezinfeksiya edilir.

Bununla keçiddən keçən şəxs üzərində virusun qalma ehtimalı minimuma endirilmiş olur. Bir neçə saniyə ərzində vətəndaşın üzərinə püskürən bu kimyəvi maddə dərhal quruyur və insan səhhəti üçün heç bir təhlükə yaratmır.

Biodezinfeksiya keçidi maskasız keçmək istəyən hər şəxsə şifahi xəbərdarlıq da edir.

Dezinfeksiyaedici maddə Neft-Kimya Prosesləri İnstitutun, AMEA Yüksək Texnologiyalar Parkının və bir sıra özəl şirkətlərin əməkdaşlığı nəticəsində hazırlanıb.

Qeyd olunmalıdır ki, ölkədə karantin rejimi tətbiq ediləndən bəri Yasamal Rayon İcra Hakimiyyətində önləyici tədbirlər ən yüksək səviyyədə həyata keçirilir. İcra hakimiyyətinin binasında çoxlu sayda dezinfeksiyaedici mayə məntəqələri fəaliyyət göstərir, əməkdaşlar bina daxilində yalnız maska ilə hərəkət edir və sosial məsafə qaydalarına riayət edir.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi