Yasamal qəbiristanlığı yanır - - Foto

yasamal-qebiristanligi-yanir-
Oxunma sayı: 921


"Qafqazinfo" ANS Press-ə istinadən xəbər verir ki, yanğın günorta saatlarında başlayıb və hələ də davam edir. 

Yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin həm Yasamal, həm də Səbael bölməsindən yanğınsönsürən avtomobillər və çoxsayda canlı qüvvəsi cəlb olunub. 

Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bəlli deyil. İlkin ehtimal kimi quru otların qəsdən yandırılması yaxud da qəbiristanlığa gələn şəxslərdən birinin sönməmiş siqareti əraziyə atması olduğu istisna edilmir. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

İlkin məlumata görə, alov iki hektrdan çox əraziyə ziyan vurub. 

“Qafqazinfo”