Yasamal rayon icra başçısı sakinlərlə görüşdü - Fotolar

yasamal-rayon-icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 2283

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbul Yasamal rayonunun 20 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, bu görüş Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur. İcra başçısı qeyd edib ki, səyyar qəbulun məqsədi vətəndaşlarla birbaşa təmas yaradıb onları narahat edən problemləri operativ həll etməkdir. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin, habelə təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri də iştirak ediblər.

Qəbulda iştirak edən bir qrup sakin öncəki qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə və bu formada səyyar qəbulların keçirilməsinə görə İlham Əliyevə təşəkkürlərini bildiriblər. Yasamal rayonu sakinləri mənzillə təminat, pilot layihələrin icrasının uzanması, yaşayış binalarının təmiri, su təchizatı, yaşıllıqlara qulluq və bir sıra sosial məsələləri qaldırıblar. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı rayonun təsərrüfat və xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verib.