“Yasamal rayonunda qanunsuz tikinti aparılması ilə bağlı məlumatlar yayılıb. Bu barədə iddialar həqiqəti əks etdirmir və təhrif edilib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyəti açıqlama verib.
Bildirilib ki, barəsində yazı gedən Həsən bəy Zərdabi prospekti 65 ünvanında 99 saylı uşaq bağçası yerləşir: “Hazırda 99 saylı uşaq bağçasında Elm və Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir-bərpa işləri aparılır”.