Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev doğum günündə Yasamal rayonu ictimaiyyəti tərəfindən məzarı önündə yad edilib.
“Qafqazinfo” xəbər verir ki, II Fəxri xiyabanda baş tutan mərasimdə dövlət himni səsləndirilib, şəhidin ruhuna dualar oxunub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açılıb.
Anım mərasimində Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin yaxınlarına başsağlığı verib. O bildirib ki, şəhidlərimizin qanı yerdə qalmadı və şanlı aprel döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı oldu.
Qeyd edək ki, Murad Mirzəyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.






Son xəbərlər
Son Xəbərlər