Yasamal rayonunda Gənclər Günü qeyd edildi - Fotolar

yasamal-rayonunda-gencler-gunu-qeyd-edildi
Oxunma sayı: 982

Bu gün Yasamal Rayon İcra Hakimiyyətində 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda giriş nitqi ilə çıxış edən Yasamal RİH başçısı Elşad Həsənov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Bildirilib ki, dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, yeni nəsil yetişib. Dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Bildirilib ki, Prezident 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından istifadə olunmasına, dövlət idarəçiliyində iştirakına gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərib.

İcra başçısı qeyd edib ki, bu gün ölkəmizdə köklü islahatlar aparılır- sosial islahatlar, iqtisadi islahatlar, kadr islahatları. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu islahatların bir məqsədi var - insanların həyatını daha da yaxşılaşdırmaq. Bu islahatlar nəticəsində artıq böyük nailiyyətlər əldə olunub. İdarəetmə sahəsinə çoxlu sayda gənc cəlb olunub və bu kadr siyasəti davam edir.

Tədbirdə çıxış edən digər natiqlər gənclərin inkişaf və karyera perspektivlərindən söz açıblar.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edilib.