Yasamal rayonunda Milli Musiqi günü qeyd olundu - Foto

Yasamal rayonunda Milli Musiqi günü qeyd olundu
Oxunma sayı: 606

18 sentyabr- Azərbaycanda Milli Musiqi günüdür. Bu gün Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, dahi bəstəkarın ad günü Yasamal rayonunda yerləşən ev-muzeyində qeyd edilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və aparatın məsul işçiləri, eləcə də M.Müşfiq adına tam orta məktəbin şagirdləri və müəllimləri dahi bəstəkarı yad etmək üçün onun ev-muzeyində olublar. Qədim eynək, bəstəkarın portretləri, qara karandaşla yazılmış not kağızı, royal, skripka... Eyni zamanda, onun adına keçirilən festival, onun əsərlərinin dünya musiqiçiləri tərəfindən ifa olunması Üzeyir Hacıbəyli yaradıcılığının böyüklüyü və bu böyük yaradıcılığına olan sevgidən irəli gəlir. Şagirdlər milli musiqimizin tarixi, Üzeyir Hacıbəylinin yaradıcılığı, onun əsərləri haqqında dolğun məlumat əldə ediblər.

Sonra muzeyin akt zalında dahi bəstəkarın doğum günü münasibəti ilə tədbir təşkil olunub. Tədbiri Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, xalq artisti Sərdar Fərəcov açaraq bildirib ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır.

Əziz Əzizov bildirib ki, Yasamal rayonu Şamil Əzizbəyov küçəsində yerləşən bu muzey hər zaman olduğu kimi, bu gün də dövlətin nəzarəti və diqqətindədir: “Bu məkan ruhumuzun dincəldiyi yerlərdən biridir. Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq”.

Tədbir konsert proqramı ilə davam etdirilib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi