Yasamal rayonunda sakinlərlə növbəti görüş - Foto

yasamal-rayonunda-sakinlerle-novbeti-gorus
Oxunma sayı: 1654

İyunun 7-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, Mutuza Muxtarov küçəsi 205 ünvanında sakinlərlə keçirib.

“Qafqazinfo” xəbər verir ki, 60 saylı orta məktəbin həyətində təşkil olunan səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan islahatlar və qoyulan tələblərlə bağlı sakinlərə ətraflı məlumat verib.

İcra başçısı Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin şəhərimiz üçün böyük hadisə olduğunu bildirib. O, prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə SOCAR-şirkəti, Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini bildirdi.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlərdən də biri məktəblərdə şagird sıxlığı ilə bağlı olub. Sakinlər iki növbəli tədrisdən narazılıqlarını bildiriblər. İcra başçısı bu problemin həlli üçün yeni təhsil korpusunun tikilməsinin vacibliyini qeyd edərək, yaxın gələcəkdə bununla bağlı müvafiq dövlət qurumlarına müraciət olunacağını valideynlərin diqqətinə çatdırıb.

Sonda sakinləri narahat edən digər komunal problemlərlə bağlı onların müsbət həllini təmin etmək məqsədilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.