Yasamal rayonunda sakinlərlə növbəti görüş - Foto

Yasamal rayonunda sakinlərlə növbəti görüş
Oxunma sayı: 732

Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində iyulun 11-də Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü Hüseyn Cavid prospekti 46-nın sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Ə.Əzizov xüsusilə Azərbaycan Prezidentinin son aylarda imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırıb.

Ə.Əzizov hazırda Şəfaət Mehdiyev küçəsində yeni yolun inşası ilə bağlı sakinlərin köçürülməsi işlərinin aparıldığını diqqətə çatdıraraq, yaxın vaxtlarda bu layihənin də uğurla başa çatdırılacağını qeyd edib. Bununla yanaşı, ərazidə su və kanalizasiya, qaz xətlərinin yeniləndiyini qeyd edən icra başçısı bu işlərin yekununda əhalinin komunal problemlərinin köklü şəkildə həll ediləcəyini vurğulayıb.

Rayon sakinləri onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran əsas mövzular MTK-ların idarəedilməsi və söküntü ilə bağlı qarşıya çıxan problemlərlə bağlı olub.

İcra başçısı sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi