İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətində növbəti qanvermə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada icra başçısı Elşad Həsənov başda olmaqla İcra Hakimiyyəti Aparatının, Yasamal Bələdiyyəsinin və digər rayon qurumlarının kollektivləri iştirak ediblər.
Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzi həkimlərinin nəzarəti altında baş tutub. Mərkəzin tibbi briqadası bu aksiyada iştirak edənləri ilkin müayinədən keçirdikdən sonra qanvermə baş tutub. Ölkənin qan ehtiyatlarını artırmaq məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin və digər yerli idarə və təşkilatların əməkdaşları növbə ilə qan veriblər.
Baş tutan qanvermə kampaniyası Yasamal rayon İcra Hakimiyyəti Aparatı kollektivinin qoşulduğu ilk aksiya deyil.Son bir il ərazində Yasamal rayon İcra Hakimiyyətinin kollektivi artıq üçüncü dəfədir ki, mütəşəkkil qaydada qanvermə aksiyasında iştirak edir.



Son xəbərlər
Son Xəbərlər