Yasamal sakini mərcdə uduzduğuna görə intihar edib

yasamal-sakini-mercde-uduzduguna-gore-intihar-edib
Oxunma sayı: 2415


"Qafqazinfo" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilmiş, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindirilib.

İlkin ehtimallara görə K.Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olmuşdur. Lakin mərhumun intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.