Yasamal Yaşayış Kompleksində yanğın

Yasamal Yaşayış Kompleksində yanğın
Oxunma sayı: 1346

Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.