Yasamal Yaşayış Kompleksində yaşayanların nəzərinə

yasamal-yasayis-kompleksinde-yasayanlarin-nezerine
Oxunma sayı: 1303

Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən 16 martdan 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcəklər.