Yasamalda “06”sını dirəyə çırpan sürücü öldü

yasamalda-06sini-direye-cirpan-surucu-oldu
Oxunma sayı: 1810

Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 1-də saat 19 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Daşqın Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili elektrik dirəyinə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.