Yaz-yay mövsümünə hazırlıq məqsədilə Yasamal rayonunda başlamış abadlıq və təmizlik işləri yeni mərhələyə daxil olub.
“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Yasamal Bələdiyyəsinin əməkdaşları ilə birgə rayonun ayrı-ayrı küçələrində gündəlik aparılan abadlıq və təmizlik işlərinə yüzlərlə əməkdaş və xüsusi texnika cəlb edilib.
Yasamal rayonu kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, park və istirahət yerlərində oturacaqların yuyulması və təmiri həyata keçirilib.
Bununla paralel şəkildə Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında təmizləmə və abadlıq işləri də aparılır. Göl ətrafında ekoloji durumu yaxşılaşdırmaq üçün ərazi Yasamal Rayon İcra Hakimiyyəti və MKTB tərəfindən nəzarətə götürülüb. Ərazidə xüsusi texnika işləyir.
Bundan başqa, Yasamal rayonunun bir sıra küçələri, o cümlədən Naxçıvani küçəsi əsaslı şəkildə təmir edilib. Burada yenidənqurma və abadlıq işləri aparılıb. Küçə müasir görkəmdə Yasamal sakinlərinin istifadəsinə verilib.





Son xəbərlər
Son Xəbərlər