Yasamalda Anım Günü geniş şəkildə qeyd edilib - Fotolar

yasamalda-anim-gunu-genis-sekilde-qeyd-edilib
Oxunma sayı: 1117

27 sentyabr - Anım Günü bütün ölkə ərazisində olduğu kimi, Yasamal rayonunda da qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 2-ci Fəxri xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.  Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.

Daha sonra Yasamal RİH başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri il söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

Anım Günü çərçivəsində Yasamal rayonunda ağacəkmə aksiyası da keçirilib.