27 Sentyabr - Anım Günü Yasamal rayonunda geniş qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq öncə Yasamal rayon şəhidlərinin Xatirə Kompleksi önündə toplaşıblar. Burada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, kompleks önünə gül dəstələri qoyulub.
Daha sonra 2-ci Fəxri xiyabanda şəhidlərimizin məzarları ziyarət edilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Şəhidlərimizin xatirəsi yad edilib.
Bunun ardınca Təzə Pir məscidində ehsan süfrəsi açılıb. Qurandan dualar oxunub, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə Elşad Həsənov şəhid ailələrinin üzvləri il söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Günün sonunda Yasamal rayon ictimaiyyəti paytaxtımızdakı Zəfər parkını ziyarət edib, parkın girişi önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.