Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və "PAŞA Holding" MMC-nin dəstəyi ilə Ramazan bayramı ərəfəsində yardıma ehtiyacı olan şəhid, əlil, müharibə veteranlarına, tənha və kimsəsiz şəxslərə ümumilikdə 300 aztəminatlı ailə üçün sovqat aksiyası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, aksiya iştirakçıları müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını aztəminatlı ailələrə təqdim edib və onları Ramazan bayramı münasibəti ilə təbrik ediblər. Reallaşdırılan bu kimi sosial layihələr vətəndaşların sosial rifahının yüksəltməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, bayram günlərdə xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi bəxş etmək baxımından önəmlidir.
#Yasamal sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildiriblər. Vətəndaşlar, həmçinin, Yasamal Rayon İcra Hakimiyyətinə və "Paşa Holding" MMC-yə öz minnətdarlıqlarını ifadə ediblər.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Son xəbərlər
Son Xəbərlər