Yasamalda bayramla əlaqədar tədbir keçirilib

yasamalda-bayramla-elaqedar-tedbir-kecirilib
Oxunma sayı: 1377

Yasamal rayon İcra Hakimiyyəti Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Böyük Vətən müharibəsi, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, “Qızıl Aypara”, Gözdən əlillər, Əlil Qadınlar, Çernobıl və 20 Yanvar şəhid və əlilləri cəmiyyətləri, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlısakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələri iştirak edib.

İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək hər kəsi müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyib. 

Tədbirdə Qurban Bayramı ilə əlaqədar ümumilikdə 2000-dən çox ailəyə qurban payları paylanılıb.