Ötən gün Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, A.Naqornıy adlı şəxs kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və bu barədə 28-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Fətəli saxlanılıb.
Yasamal RPİ-də araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər