Yasamalda bir evdən 2 nəfərin meyiti tapıldı

yasamalda-bir-evden-2-neferin-meyiti-tapildi
Oxunma sayı: 5185

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkar olunub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bildirilib ki, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.